• Bakı 15° C

    13.76 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

 "Moskva öz gələcəyini Pekinə girov qoyur" - NATO-nun baş katibi

DÜNYA

24 Aprel 2024 | 13:03

 Moskva öz gələcəyini Pekinə girov qoyur - NATO-nun baş katibi

"Rusiya Ukraynadakı müharibəsində Çin, İran və Şimali Koreyadan dəstək alır. Bunun müqabilində Moskva öz gələcəyini Pekinə girov qoyur".

Bakıvaxtı.az "Dünya.com"a istinadən bildirir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Böyük Britaniyanın baş naziri Rişi Sunakla birgə keçirdiyi mətbuat konfransında deyib. 

NATO-nun baş katibi Ukraynadakı müharibənin İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən böyük münaqişə olduğunu vurğulayıb:

 "Bu gün verdiyimiz qərarların gələcək nəsillər üçün nəticələri olacaq. Biz tərəddüd etməməliyik. Biz daha təhlükəli bir dünyada yaşayırıq. Avtoritar güclər getdikcə daha çox birləşir. Rusiya Ukraynaya ilə apardığı müharibədə Çin, İran və Şimali Koreyadan dəstək alır. İran Rusiyaya pilotsuz uçuş aparatları və döyüş sursatları göndərir. Şimali Koreya isə Rusiyanı hərbi sursatla təmin edir".

Rusiya ilə müharibə etmək istəmədiyini bildirən Y.Stoltenberq qeyd edib ki, NATO müdafiə ittifaqıdır. NATO Rusiya ilə münaqişə axtarmır, amma 1 milyard insanın da təhlükəsizliyini qoruyacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR