Moskvanın Taqanski Məhkəməsi qadağan olunmuş məlumatları silmədiyi üçün Vikipediyanı cərimələyib.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, Moskvanın Taqanski Məhkəməsi rusdilli Vikipediyanın sahibi olan "Vikimedia Fondu"nu Rusiya ərazisində qadağan olunmuş məlumatları silməkdən imtina etdiyinə görə cərimələyib. Cərimə 4 milyon rubl təşkil edib.
Sözügedən qadağa Rusiya İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulub.
Şirkət nümayəndəsinə bu barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməyib.
Qeyd edək ki, bu il aprelin 1-də məhkəmə analoji maddə ilə Vikipediyanı 1 milyon rubl məbləğində cərimələmişdi.
Gülşən Şərif