• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yaşayış binasında partlayış: Ölənlər var - YENİLƏNİB

DÜNYA

08 Yanvar 2023 | 18:21 | Müəllif: Subhan Mahmudov

Yaşayış binasında partlayış: Ölənlər var - YENİLƏNİB

Moskvada yaşayış binasındakı partlayışın təfərrüatı məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, ölən iki qadın onlara atəş açan Moskva sakininin anası və bacısı olub.

Atışmadan sonra həmin şəxs mənzili yandıraraq intihar edib. Rusiya İstintaq Komitəsi iki və daha çox şəxsin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi açıb.

 

***17:38

Moskvanın cənub-qərbindəki yaşayış binasında mənzillərdən birində partlayış baş verib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

İnsident yanvarın 8-də günorta saatlarında Dmitri Ulyanov küçəsindəki 19 mərtəbəli binada yaşanıb. Məlumata görə, partlayış 14-cü mərtəbədə olub.

Partlayış nəticəsində mənzilin şüşəsi qırılıb və yanğın başlayıb. Təcili yardım xidmətləri hadisə yerində 3 nəfərin cəsədini aşkarlayıb.

Xilasedicilər partlayışın nəticələrini aradan qaldırmağa davam edirlər.

Paytaxt Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026