Kahramanmaraşda dünən 9 saatlıq fasilə ilə baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ indiyədək 10 vilayətdə 3549 nəfərin həyatına son qoyub. Suriyada ölənlərin sayı 1500-ü keçib. Hər iki ölkədə axtarış-xilasetmə işləri davam edərkən, zəlzələlər dünya manşetlərinə çevrildi.
Bakıvaxtı.az-ın məlumatına görə, qəzetlər xilasetmə qruplarının fədakar səylərini əks etdirən fotoşəkilləri manşetlərinə çıxarıb və bunu "əsrin ən güclü zəlzələsi" kimi qiymətləndiriblər.
“Times” qəzeti də Kahramanmaraşdakı zəlzələni "Nəhəng zəlzələ minlərlə insanı yuxuda öldürdü" başlığı ilə istifadə edib.
Nuranə Daxilqızı






















