• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiya gecə atəşəni “qisas zərbəsi” adlandırdı

DÜNYA

09 Mart 2023 | 16:23 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya gecə atəşəni “qisas zərbəsi” adlandırdı

Ukraynanın kütləvi şəkildə atəşə tutulması “intiqam zərbəsi”dir.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin xülasəsində yer alıb.

Rusiya MMN martın əvvəlində Bryansk vilayətində baş verənlərə cavab olaraq Ukraynaya raketlərlə hücum etdiklərini bildirib.

"Kiyevin bu il martın 2-də Bryansk vilayətində təşkil etdiyi terror aksiyalarına cavab olaraq Rusiya Federasiyası Silahlı Qüvvələri irimiqyaslı cavab zərbəsi endirib. Yüksək dəqiqlikli uzaqmənzilli hava, dəniz və quru silahları, “Kinjal” hipersəs raket sistemi də daxil olmaqla, Ukraynanın hərbi infrastrukturunun əsas elementlərini, hərbi sənaye kompleksinin müəssisələrini, habelə onları təmin edən enerji obyektlərini vurub".

Ötən gecə bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib. Ruslar daha bir iri raket hücumu həyata keçiriblər.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib ki, Rusiya 81 raket buraxılışı həyata keçirib. Hərbi Hava Qüvvələrinin məlumatına görə, onlar genişmiqyaslı müharibə başlayandan bəri ilk dəfə olaraq altı "Kinjal" raketindən istifadə ediblər.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026