• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Moskvaya PUA ilə hücum olub

DÜNYA

18 Avqust 2023 | 09:31 | Müəllif: Subhan Mahmudov

Moskvaya PUA ilə hücum olub

Pilotsuz uçuş aparatı (PUA) Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, onun qalıqları "Ekspocenter" ərazisinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında yazıb.

O, qeyd edib ki, ilkin məlumata görə, "ciddi dağıntı", zərərçəkənlər yoxdur.

"Bu gecə hava hücumundan müdafiə qüvvələri Moskvaya uçmaq istəyən pilotsuz uçuş aparatını məhv edib. PUA-nın qalıqları "Eksposentr" zonasına düşüb, binaya ciddi ziyan dəyməyib. İlkin məlumata görə, zərərçəkən yoxdur. Şəhərin fövqəladə hallar xidmətləri hadisə yerində işləyir", - Sobyanin yazıb.

Eyni zamanda, "Baza" teleqram kanalı xəbər verir ki, "Expocentre"nin 8-ci pavilyonunda 30 kvadratmetr sahədə çökmə baş verib. Partlayış səsləri Moskva vilayətində, xüsusən də Krasnoqorskda, Odintsovoda, eləcə də "Moskva Siti" ərazisində eşidilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026