Ukrayna Nazirlər Kabineti müdafiə nazirinin bütün müavinləri işdən çıxarıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə hökumətin Ukrayna Ali Radasındakı (parlament) nümayəndəsi Taras Melniçuk “Telegram”da bildirib.
Qeyd olunub ki, Ukrayna müdafiə nazirinin müavinləri Anna Malyar, Vitali Deyneqa, Denis Şarapov, Vladimir Qavrilov, Rostislav Zamlinski və Andrey Şevçenko tutduqları vəzifədən uzaqlaşdırılıb.
Həmçinin, Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Konstantin Vaşşenko da vəzifəsindən azad edilib.