• Bakı 24° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Müəllim uşaqları təhqir etdi

DÜNYA

22 Aprel 2023 | 10:41

Müəllim uşaqları təhqir etdi

Avstriyanın paytaxtı Vyanada alman dili müəllimi öz dərslərində Suriya, Türkiyə və Ukraynadan olan uşaqları təhqir etməkdə ittiham olunur.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə məlumatı “ORF” teleşirkəti yayıb.

Məlumata görə, Vyanada orta məktəbin müəllimi sözügedən ölkələrdən olan uşaqlara heç nə bacarmadıqlarını və öz ölkələrinə qayıtmalı olduqlarını deyib. 

Müəllimənin ümumilikdə uşaqlarla kobud davrandığı, onlar və valideynləri barədə təhqiramiz ifadələr səsləndirdiyi vurğulanıb. 

Hazırda şəhər üzrə təhsil departamenti məsələni araşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026