• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Müəllimlərin vakansiya seçimi prosesi uzadıldı

CƏMİYYƏT

05 May 2025 | 11:12

Müəllimlərin vakansiya seçimi prosesi uzadıldı

Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi prosesi uzadılıb.

Bu barədə Bakıvaxtı.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, www.miq.edu.az/yerdeyishme saytında yaranan texniki problemlər səbəbindən müsabiqənin vakansiya seçimi mərhələsi 6 may saat 11:00-dək davam edəcək: "Hazırda sayt aktivdir. Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər. Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmağı və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR