• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Narkomaniyanın yayılmasının qarşısını bu yolla ala bilərik

CƏMİYYƏT

29 Avqust 2022 | 11:30 | Müəllif: Qalib İbrahimoğlu

Narkomaniyanın yayılmasının qarşısını bu yolla ala bilərik

“Orta və ali məktəblərdə şagird və tələbələrdən narkomaniya ilə bağlı analizlər və narkotestlər götürülsün”.

Bakıvaxtı.az xəbər verir ki, bu təklifi daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev irəli sürüb.

Ekspert bu istiqamətdə ictimai qınağın böyük rolu olduğunu vurğulayıb: “Mən köhnə Yasamalda, indiki "ASAN Xidmət"in arxa məhləsindəki həyət evlərində dogulub böyümüşəm. Bir zamanlar o ərazilər ölkənin ən böyük narkomaniya bataqlıgı idi. Cox sayda məktəb yoldaşlarım və tanıdıgım gənclər narkomaniyanın qurbanı oldular. Hal hazırda isə onların böyük əksəriyyəti narkotik aludəcisi olduqları ücün dünyalarını dəyişiblər. Bizim dövrdə narkomanları acıq şəkildə hər kəs tanıyardı və onlardan uzaq durmaga calışardı. İndi isə təhlükə daha böyükdür. Cünki narkomaniyaya qurşananlar uzun müddət narkoman olduqlarını həm cəmiyyətdən, həmdə dogmalarından gizlədə bilirlər".

Onun sözlərinə görə, digər tərəfdən isə narkotikanın alışı belə onlar ücün artıq əlcatandır. Artıq orta məktəb şagirdləri belə sürətlə bu sonu olmayan bəlaya dücar olurlar. Narkomaniya təkcə ona aludə olmaq demək deyil.

E.Fərzəiyev bildirib ki, bütün narkomanlar potensial cinayətkardır: “İstənilən zaman narkotik qəbulunun vaxtı catdıqda onlar onu əldə edə bilmək ücün hər cür cinayəti törətməyə hazır olurlar. Polislərimiz tərəfindən hər ay onlarla narkotacir həbs olunur Və həbs olunanların sayı günbəgün artır. Hər bir narkotik satıcısının ən azı onlarla müştərisi olur. İndi bunu riyazi hesabla hesablasaq, görərik ki, ölkədə necə min cinayətə meyilli və hər an cinayət törədə bilən narkoman var".

Ekspertə görə, daha böyük təhlükə ondan ibarətdir ki narkomaniyaya qurşananların sayı dayanmadan artır və daha cox azyaşlı yeniyetmələr bu iyrənc yola cəlb olunurlar. Çıxış yolu olaraq aydiyyati qurumlara narkomaniyanın qarşısının alınması ücün belə bir təklif vermək istərdim. Hər bir insanın icində bir ictimai qınaq qorxusu olur.

Dediyinə görə, narkomaniyaya qurşananlar ilk olaraq bunu hər kəsdən gizlədir və qısa müddətdən sonra bu vərdişdən uzaqlaşa biləcəklərini düşünürlər: “Lakin bu bəlanın özü və insanı bu yola cəkən bədhaxlar hec bir halda insana tək başına bundan qurtulmaga imkan vermir. O baxımdan təklif edərdim ki orta təhsil müəssisələrində 7-dən 11-ci siniflərədək ali təhsil müəssiələrində isə 1-ci kurslardan magistr tələbələrinə qədər hər bir şagird və tələbələrdən hər 3 aydan bir narkomaniyanı müəyyənləşdirən analizlər, narkotestlər götürülsün. Bu yolla həm narkomaniyaya yeni qurşanmış insanları müəyyən edib zamanında müalicə etmək olar, həmcinin digərləri isə ictimai qınaqdan, valideyinlərinin xəbər tutmasından və digər amillərdən cəkinərək bu yola qurşanmazlar. Bu cür narkotestləri nəyinki təhsil müəssiələrində, həmcinin digər böyük müəssiələrdə də tətbiq etməklə təbii yolla insanlarımızı bu ucurumdan qurtara bilərik”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026