• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Narkotik çəkib, "rent a car"dan götürdüyü maşını sürdü - VİDEO

HADİSƏ

18 Dekabr 2021 | 13:03

Narkotik çəkib, "rent a car"dan götürdüyü maşını sürdü - VİDEO

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Hövsan qəsəbəsində yaşayan Rəşad Həsənov idarə etdiyi “KİA” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.

İlkin sorğu zamanı sürücü avtomobili narkotik maddə olan heroin qəbul edərək idarə etdiyini etiraf edib.

Ekspertiza zamanı Rəşad Həsənovun sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu sübuta yetirilib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Onun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan material məhkəməyə göndərilib.

Qeyd edək ki, araşdırma zamanı sürücünün avtomobili “rent a car” götürdüyü və bundan sonra digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyaraq narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi məlum olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR