• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azad edilən ərazilərdə daha 15 mina aşkarlandı

HADİSƏ

17 Yanvar 2022 | 11:37

Azad edilən ərazilərdə daha 15 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, yanvarın 10-dan 15-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 14, tank əleyhinə 1 mina və 112 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 51,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Azad edilən ərazilərdə daha 15 mina aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR