• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Cəlilabadda 16 kiloqramdan artıq narkotik aşkarlandı - FOTO

HADİSƏ

17 Yanvar 2022 | 11:07

Cəlilabadda 16 kiloqramdan artıq narkotik aşkarlandı - FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 16 kiloqramdan artıq yüksək təsiredən xassəyə malik narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakini İkram Alməmmədov Cəlilabad şəhəri ərazisində Biləsuvar rayon sakini Əfşari Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətirilib.

Həmin avtomobildən İ.Alməmmədova məxsus torbadan ayrı-ayrı bükümlərdə ümumilikdə 14 kiloqram 725 qram narkotik vasitə heroin və 1 kiloqram 355 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı hər iki şəxs barəsində Cəlilabad RPŞ-də araşdırma aparılır.


Cəlilabadda 16 kiloqramdan artıq narkotik aşkarlandı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026