• Bakı 19° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Narkotikə görə 22 nəfər saxlanıldı

HADİSƏ

26 Oktyabr 2022 | 09:42

Narkotikə görə 22 nəfər saxlanıldı

Son 10 gündə Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 22 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında, keçirilən əməliyyat tədbirləri nəticəsində son 10 gün ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 22 nəfər saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılan ümumilikdə külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026