• Bakı 19° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

NATO Baş katibi ABŞ və Kanadaya səfər edəcək

DÜNYA

14 Iyun 2024 | 21:00 | Müəllif: Subhan Mahmudov

NATO Baş katibi ABŞ və Kanadaya səfər edəcək

NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 17-20-də ABŞ və Kanadaya səfər edəcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidmətinin məlumatında deyilir.

İyunun 17-də o, Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Stoltenberq dövlət katibi Antoni Blinkenlə də görüşəcək, ABŞ Senatında və bir sıra analitik mərkəzlərdə çıxışlar edəcək.

Kanadada isə Baş nazir Castin Trüdo ilə danışıqlar gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR