• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7766

    RUB - 1.7015

Xaricə qaçmağa çalışan 10 FETÖ üzvü ələ keçdi

DÜNYA

14 Iyul 2024 | 20:31

Xaricə qaçmağa çalışan 10 FETÖ üzvü ələ keçdi

Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata keçirilən "Qısqac-21" əməliyyatı nəticəsində qanunsuz yollarla xaricə qaçmağa cəhd edən 10 FETÖ üzvü saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya bildirib.

Nazirin sözlərinə görə, terrorçular "Asteri" adlı qayıqda ələ keçiriliblər.

Əməliyyat Türkiyənin Sahil Mühafizə Xidmətinin Egey Dənizi Regional Komandanlığı, Milli Kəşfiyyat Təşkilatının (MİT) İzmir bölgəsi üzrə baş idarəsi və İzmir Jandarma Komandanlığının koordinasiyasında həyata keçirilib.


SON XƏBƏRLƏR

25 Yanvar 2025