NATO-nun şərqində pilotsuz uçuş aparatları divarı inşa olunacaq.
Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bununla bağlı Litvanın daxili işlər naziri Agne Bilotaite açıqlama verib.
Onun sözlərinə görə, NATO-nun şərqində yerləşən üzv dövlətlər "dost olmayan ölkələr"dən qorunmaq üçün sərhəddə pilotsuz uçuş aparatları divarı inşa etdirməyə hazırlaşır.
"Norveçdən Polşaya dron sərhədi inşa olunacaq. Məqsədimiz pilotsuz uçuş aparatları və digər texnologiyaların köməyi ilə sərhədimizi qorumaqdır. Dronlar vasitəsilə Rusiyanın təsir imkanlarının qarşısı alınacaq". - deyə nazir vurğulayıb.
Gülşən Şərif
















