• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Naxçıvan sakinlərindən silahlar götürüldü

CƏMİYYƏT

18 Fevral 2023 | 10:56

Naxçıvan sakinlərindən silahlar götürüldü

Naxçıvan sakinlərindən qanunsuz saxladıqları silahlar götürülüb.

Bakıvaxtı.az xəbər verir ki, muxtar respublikanın daxili işlər orqanlarının əməkdaşları əhalidə qanunsuz saxlanılan silahların yığılması ilə bağlı təxirə salınmaz tədbirlər görür.

Belə ki, Culfa Rayon Polis Şöbəsi əməkdaşları Qazançı kənd sakini Emil Abbasovdan 20 kalibrli, Şərur polisi isə Şərur şəhər sakini Anar Məmmədovdan 16 kalibrli, qoşalülə, atəşə yararlı ov tüfəngləri aşkarlayaraq götürüblər.

Hər iki faktla bağlı araşdırmalar aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR