• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Naxçıvana gedən təyyarə geri qayıtmalı oldu - SƏBƏB

CƏMİYYƏT

06 May 2022 | 19:13

Naxçıvana gedən təyyarə geri qayıtmalı oldu - SƏBƏB

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə Bakıvaxtı.az-a “Azərbaycan Hava Yolları”ndan məlumat verilib.

Bildirilib ki, təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR