• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Naxçıvanda 232 dövlət müəssisəsi barədə inzibati tədbir görülüb

CƏMİYYƏT

31 Yanvar 2024 | 17:41

Naxçıvanda 232 dövlət müəssisəsi barədə inzibati tədbir görülüb

"Ötən il 232 dövlət və 147 qeyri-dövlət müəssisəsinə bildiriş göndərilib".

Bakıvaxtı.az verir ki, bunu 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazir Ceyhun Cəlilov deyib.

O, bildirib ki, əmək hüquqlarının pozulmasına ilə bağlı 2022-ci il ərzində vətəndaşlardan 22 müraciət daxil olduğu halda, 2023-cü ildə isə bu istiqamətdə 285 vətəndaşın müraciəti araşdırılıb: "2023-cü ildə aparılmış elektron monitorinqlər nəticəsində istehsalatda bədbəxt hadisələrdən sığortalanma və minimum əmək haqqından aşağı məbləğdə formalaşmış əmək münasibətləri səbəbindən 232 dövlət və 147 qeyri-dövlət müəssisəsinə bildiriş göndərilib, müvafiq inzibati tədbirlər görülüb"./APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026