• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

İranda zəlzələ oldu, Naxçıvanda hiss edildi - YENİLƏNİB

CƏMİYYƏT

16 Mart 2023 | 15:58

İranda zəlzələ oldu, Naxçıvanda hiss edildi - YENİLƏNİB

İranda zəlzələ olub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.  

Yeraltı təkanın maqnituası 5.5, dərinliyi 10 km olub.

***

15:53

Naxçıvanda zəlzələ olub.

Bu barədə Bakıvaxtı.az-a Naxçıvan sakinləri məlumat verib.

Qeyd ediblər ki, yeraltı təkanlar saat 15:47 radələrində qeydə alınıb.

Zəlzələ 10-15 saniyə davam edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026