• Bakı 22° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə YENİ QƏRAR

CƏMİYYƏT

08 Iyun 2023 | 09:34

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə YENİ QƏRAR

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib.

Məhkəmənin qərarı ilə Tofiq Həsənovun həbsdə saxlama müddəti 1 ay uzadılıb.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir. /Qafqazinfo


SON XƏBƏRLƏR

23 Aprel 2024