• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Naxçıvanın seçki mənzərəsi - STATİSTİKA

GÜNDƏM

01 Sentyabr 2024 | 11:54

Naxçıvanın seçki mənzərəsi - STATİSTİKA

Naxçıvanda da seçki prosesi sürətlə davam edir.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından Bakıvaxtı.az-a verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə seçici fəallığının  saat 10:00-a olan nəticələrinə görə   muxtar respublika üzrə 31157 nəfər səs verib, seçici fəallığı 10,81 faiz olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclis seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, səsvermənin gedişi və nəticələri barədə saat 12:00, saat 15:00, saat 17:00 və saat 19:00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Muxtar respublika üzrə seçicilərin ümumi sayı 288 356 nəfərdir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026