• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Naxçıxanın Muxtar Respublika statusu ləğv edilir?

CƏMİYYƏT

01 Noyabr 2022 | 14:23 | Müəllif: Qalib İbrahimoğlu

Naxçıxanın Muxtar Respublika statusu ləğv edilir?

“Belə başa düşürəm ki, Naxçıxanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq sürətlənir. Doğru yanaşmadır, unitar ölkə olan Azərbaycanda heç bir ərazinin özəl statusuna ehtiyac yoxdur”.

Bunu Bakıvaxtı.az-a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, amma bu addımın illərdir deyilən hüquqi bazası, Konstitusiya islahatları mütləq olmalıdır: “Yeni Konstitusiyada bir çox məsələlərlə yanaşı ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməli, yaradılmış 14 iqtisadi rayon (Qarabağ, Şərgi Zəngəzur və Naxçıvan da daxil olmaqla) inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməli, Böyük Şəhər Bələdiyyələri və seçkili Mer institutu təsis edilməlidir".

Ekspert hesab edir ki, bu, həm də Xankəndində yaşayan erməni əsilli azərbaycanlıların (bir daha – azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı, üst kimlikdir) ölkəyə siyasi-iqtisadi-inzibati-sosial inteqrasiyasını da sürətləndirəcək amil olmaqla yanaşı, ölkənin tamamında da istem islahatlarına, idarəetmənin təkmilləşdirilməsinə, nəhayət ki, start verilmiş olacaq.

“Yəni, “Qarabağ münaqişəsi bitib” tezisinin, doğru olan yanaşmanın təməli yaradılmalı, altı doldurulmalıdır, tək sözlərlə bu iş olmaycaq...”, - deyə Natiq Cəfərli vurğulıayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026