• Bakı C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.8517

    RUB - 0.0242

Əlisa Nicat Prezident təqaüdü ala bilər

CƏMİYYƏT

01 Dekabr 2022 | 13:37

Əlisa Nicat Prezident təqaüdü ala bilər

“Əlisa Nicata birdəfəlik yardım ediləcək. Məbləği bilmirəm”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu deyib.

O qeyd edib ki, Ə. Nicatın vəziyyəti ilə bağlı qurumun sədri, Xalq yazıçısı Anara müraciət edilib, ən qısa zamanda yazıçıya maddi yardım ediləcək.

S.Babullaoğlu Ə.Nicatın Prezident təqaüdü almaması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Əlisa Nicatın istəyi və müraciəti əsasında Prezident təqaüdü alması üçün adı siyahıya salınacaq. AYB-nin üzvü olmayan şəxslər bu təqaüdü ala bilmir. Sərəncamda qeyd olunub ki, təqaüd AYB-nin üzvlərinə verilir. Təqaüd sosial yardım deyil, yaradıcı prosesi stimullaşdırmaq üçündür”.

Qeyd edək ki, “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicat haqqında paylaşım edib.

Paylaşımda 87 yaşlı Ə.Nicatın sosial təminatının aşağı olduğu, evində gün boyu cəmi 2-3 saat qaz yandıra bildiyi vurğulanıb. 


SON XƏBƏRLƏR

03 Fevral 2023