• Bakı 27° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

"Neftçi" klub tarixinin ən bahalı satışını edəcək

İDMAN

11 Avqust 2026 | 18:26

Neftçi klub tarixinin ən bahalı satışını edəcək

"Neftçi" tarixinin ən bahalı satışını etməyə hazırlaşır.

Bakıvaxtı.az İdmanxeber.az-a istinadən xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan İmad Faraj "ağ-qaralar"ı tərk edir.

Futbolçu bir müddətdir Tunisin "Esperans" klububun maraq dairəsindədir. Tərəflər arasında uzun müddətdir davam edən danışılar müsbət nəticələnib. Tunis klubu "Neftçi"ni razı salmağı bacarıb.

"Esperans" rəhbərliyi bu transfer üçün Azərbaycan klubuna yüksək məbləğdə təzminat ödəyəcək. Paytaxt təmsilçisi Farajın transferindən 1,5 milyon avrodan çox gəlir əldə edəcək. Bu, klub tarixinin ən bahalı satışıdır.

Tunis klubu ilə yanaşı, daha bir neçə komanda oyunçunun xidmətində maraqlı olub. Ancaq "Esperans"ın təklif etdiyi təzminat məbləği digərlərini üstələyib və "Neftçi" transferin reallaşmasına mane olmayıb.

Xatırladaq ki, fransalı sağ vinger 2025-ci ildə "flaqman"la 3 illik müqavilə bağlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR