• Bakı 27° C

    9.95 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Bu türk ölkəsi Rusiya ilə hərbi təlimlərə BAŞLADI

DÜNYA

11 Avqust 2026 | 16:40

Bu türk ölkəsi Rusiya ilə hərbi təlimlərə BAŞLADI

Avqustun 11-dən Qırğızıstan və Rusiya hərbçilərinin iştirakı ilə birgə taktiki təlimlər başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimlər İssık-Kul gölünün sahilində yerləşən Balıqçı şəhərində keçirilir.

Bildirilib ki, təlimlərə 500-dək hərbçi, 100-dək silah və hərbi texnika, FPV-dronlar, həmçinin ordu aviasiyası cəlb olunub. Birgə taktiki təlimlər iki ölkənin Müdafiə Nazirlikləri arasında ikitərəfli əməkdaşlıq çərçivəsində avqustun 17-dək davam edəcək./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR