• Bakı 20° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

"Neftçi" liderliyə yüksəldi

İDMAN

10 Sentyabr 2022 | 20:11 | Müəllif: Subhan Mahmudov

"Neftçi" liderliyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, "Neftçi" Qəbələdə eyniadlı komandanın qonağı olub. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma paytaxt klubunun 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

İlk qolu 31-ci dəqiqədə meydan sahiblərindən Ramon Maçado vurub. 46-cı dəqiqədə Ataa Caber hesabı bərabərləşdirib. 7 dəqiqə sonra yenidən səhnəyə çıxan israilli yarımmüdafiəçi özünün və komandasının 2-ci qoluna imza ataraq, yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Neftçi" liderliyə yüksəlib. 9 xalı olan "Qəbələ" isə 5-ci sırada qalıb.

Günün ikinci oyununda "Səbail" "Zirə"ni qəbul edəcək.

Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" evdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 11-də keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Qarabağ" - "Sabah" oyunları ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR