Braziliya millisinin futbolçusu Neymar məşqlərə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Hilal” klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 32 yaşlı hücumçu kollektivdən ayrı, idman zalında hazırlıq keçib. O, hələ bir bir müddət fərdi məşqlərlə kifayətlənəcək.
Qeyd edək ki, Neymar 2023-cü ilin oktyabrında dizinin ön çarpaz bağından zədə alıb. Ulduz futbolçu bu mövsüm “Al Hilal”ın heyətində 5 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
















