• Bakı 22° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

"Yolu sağ-salamat keçəndə Allaha şükür edirik" - Sakinlər yolda "zebra" çəkilməməsindən şikayətçidir

CƏMİYYƏT

21 Sentyabr 2024 | 09:11

Yolu sağ-salamat keçəndə Allaha şükür edirik - Sakinlər yolda zebra çəkilməməsindən şikayətçidir

"Həsən Bəy Zərdabi küçəsi 78 V küçəsində - "Qələbə dairəsi"ndən "20 Yanvar dairəsi"nə gedən istiqamətdə yeni asfalt döşənib. Hər şey yaxşıdır. Amma..."

Bu fikir adıçəkilən ərazidə yaşayan sakinlərin Bakıvaxtı.az-ın redaksiyasına ünvanladıqları şikayətdə yer alıb.

Onların bildirdiyinə görə, bu işin bir mənfi cəhəti yolda piyada xətlərinin çəkilməməsidir:

"Hər gün yolu o qorxu-səksəkə içində keçib gedirik. "Zebra" olanda, sürücülər maşını saxlayıb piyadalara yol verirlər, amma indi xətt olmadığından, az qala üstümüzə sürürlər. Hər anımız ölümdür. Demək olar, hər dəfə yolu sağ-salamat keçəndə Allaha şükür edirik. Xahiş edirik, bu məsələni aidiyyatı orqanlar qarşısında qaldırasınız", - deyə şikayətçilər bildirilər. 

Bəs, görəsən haqqında söhbət gedən əraziyə nişanlanma xətləri nə zaman çəkiləcək?

Bununla bağlı Bakıvaxtı.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlayıb.

AYNA-dan sorğumuza cavab olaraq bildirilib ki, Həsən bəy Zərdabi küçəsində təmir işləri yekunlaşaraq yeni asfalt örtüyü çəkilib.

Qeyd olunub ki, qabaqcıl beynəlxalq təcrübəyə əsasən, yol asfaltlandıqdan ən azı 4 həftə sonra nişanlama xətləri çəkilə bilər.

"Bu müddət ərzində hərəkət iştirakçıları təhlükəsizliyi qorumalı və ərazidə quraşdırılan nişanların tələblərini rəhbər tutmalıdırlar. Qeyd olunan müddətdən sonra nişanlanma xətləri çəkiləcək", - deyə AYNA-dan bildirilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

20 Sentyabr 2024