• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Niyə “mədə bulantısı” yox, “ürək bulantısı” deyirik? – AÇIQLAMA

CƏMİYYƏT

27 Oktyabr 2021 | 11:19

Niyə “mədə bulantısı” yox, “ürək bulantısı” deyirik? – AÇIQLAMA

Dilimizdə işlənən bəzi frazeoloji birləşmələr vardır ki, onların mənasını düşünəndə məntiqə uyğun gəlmir.

Belə sözlərdən biri də, məhz, mədəmiz narahat olduğu zaman işlətdiyimiz “ürək bulantısı” frazeoloji birləşməsidir.

Türkiyə türkcəsində bu ifadə elə “mədə bulantısı” olaraq işlədilir.

Maraqlıdır, bəs Azərbaycan dilində niyə “mədə bulantısı” yox, “ürək bulantısı” deyirik?

 Filologiya elmləri doktoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmli Bakıvaxtı.az-a bildirib ki, hər bir dil əşyanı, prossesi, fizioloji halı özünəməxsus kodlarla ifadə edir:

“Məsələn, Azərbaycan dilində özünü pis hiss edəndə, mədə pozuntusu, başqa bir hal baş verdikdə bunu “ürəyim bulanır” ifadəsi ilə izah edirik. Yaxud, bir şeyi istəməyəndə, hansı ki, onu mədə istəmir, amma biz “ürəyim bunu istəmir” deyirik. Bu cür ifadələr dilin yaddaşı, ənənəsi ilə bağlıdır. Yəni burda elə də ciddi problem yoxdur. Dillər arasında mübadilə artdıqca, biz türk dilinin havasına uyğunlaşdıqca, onu qəbul etdikcə bu cür hallar çox çıxacaq. Lakin biz Azərbaycan dilinin materialı, yaddaşı əsasında təfəkkürümüzü və nitqimizi cilalayırıq. Buna mən çox normal baxıram”.

Q.Məhərrəmli qeyd edib ki, burda heç bir dil pozuntusu yoxdur:

“Yəni əvvəldən bu kimi sözlər belə formalaşıb. Məsələn, niyə qorxaq adama “qaraciyər” yox, “ağciyər” deyirlər? Yəni dil bunu bu formada formalaşdırıb. Eləcə də başqa frzeoloji birləşmələr var ki, xalqın düşüncəsini, təfəkkürünü, yaddaşını dildə fiksasiya edir.  İndi kimsə desə ki, “biz bunu dəyişdirək”, necə ki, orfoqrafiyamıza hücum çəkirlər, mənbə dilə yaxınlaşdırırlar. Belə cəhdlərin hamısı mənasız və əsassızdır. Dil bunların heç birini qəbul eləmir”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026