• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qanunsuz işləyən baytarlıq apteki aşkarlandı

CƏMİYYƏT

26 Noyabr 2021 | 10:43

Qanunsuz işləyən baytarlıq apteki aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Vəliyev Elnur İzzət oğluna məxsus baytarlıq aptekində yoxlama keçirib.

AQTA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, yoxlama zamanı aptekdə satışı həyata keçirilən istifadə müddəti bitmiş vaksinlər və baytarlıq preparatları aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, son istifadə tarixi bitmiş vaksinlər və baytarlıq preparatları satışdan kənarlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.


Qanunsuz işləyən baytarlıq apteki aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026