Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 501 yeni yoluxma faktı qeydə alınıb, 1092 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 614119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 593 920 nəfər müalicə olunaraq sağalıb, 8284 nəfər vəfat edib, aktiv xəstə sayı 11915 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9887, ötən müddət ərzində isə ümumilikdə 5808380 test aparılıb.

















