• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nömrəsiz maşın sürənlər cərimələndilər

CƏMİYYƏT

13 Oktyabr 2023 | 19:49 | Müəllif: Subhan Mahmudov

Nömrəsiz maşın sürənlər cərimələndilər

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntuları törədən sürücülər aşkar edilib.

Onlara qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR