Norveçin cənubundakı Larvik şəhəri yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, qəza zamanı təyyarədə üç nəfər olub. Onların həlak olduğu bildirilib.
Qeyd olunur ki, hazırda təyyarənin qalıqlarının və şəxslərin axtarışları aparılır.
Qəzanın təlim uçuşu zamanı baş verdiyi məlumat verilib.















