• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Nostradamusun oğurlanan əlyazması TAPILDI

DÜNYA

10 May 2022 | 00:57 | Müəllif: Subhan Mahmudov

Nostradamusun oğurlanan əlyazması TAPILDI

Nostradamus kimi tanınan fransız astroloq Mişel de Nostredamın İtaliyanın paytaxtı Roma şəhərindəki kitabxanadan oğurlanan əlyazmasının Almaniyada hərraca çıxarılarkən aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Romadakı Barnabiti Tarixi Araşdırma Mərkəzi Kitabxanasından oğurlanan M.Nostredamın “Profetie di Michele Nostradamo” adlı latın dilindəki əlyazmasının dəqiq tarixi məlum olmasa da, kitabın 2007-ci ildə oğurlandığı bildirilir. XVI əsrə aid təxminən 500 səhifəlik əlyazmanın oğurlanaraq Fransaya aparıldığı, burada “bit bazarı”nda satıldıqdan sonra Almaniyaya gətirildiyi müəyyən olunub. Almaniyanın Ştutqart şəhərindəki hərrac evi kitabı hərraca çıxardıqdan sonra İtaliyanın mədəni irsi qoruma qrupları işin izinə düşüb. İtaliya polisinin Mədəni İrsin Qorunması Komandanlığı alman səlahiyyətliləri ilə əlaqə saxlayıb və əlyazmanın geri qaytarılmasını istəyib. Kitabın hərracda satılmasının qarşısı alınıb.

Almaniyada aparılan ekspertizalarda sözügedən kitabın İtaliyadan oğurlanmış əlyazma olduğu təsdiqləndikdən sonra onun geri qaytarılması prosesi başlayıb. Kitab yenidən Romadakı kitabxanaya gətirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026