Rusiya ilə Ukrayna arasındakı müharibə bütün dünyaya dərindən təsir edir. Ötən həftələrdə ABŞ-da yaşanan ərzaq böhranından sonra Almaniya bu dəfə eyni çətinliklərlə üzləşib.
Bakıvaxtı.az xəbər verir ki, Almaniyada əsas qida maddələrindən olan buğda, un, süd, pendir, çörək, makaron, qatıq və yağlarda əhəmiyyətli artım edildiyi halda, məşhur supermarketlər makaron və unu məhdudlaşdırıb.
Qeyd edək ki, qida məhsullarına təsir edən böhrandan sonra alman supermarket nəhəngi Rewe, müştərilərin yalnız bir paket makaron və un ala biləcəyi ilə bağlı çağırış edib.
Nuranə Daxilqızı
















