• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna ordusunda döyüşən əcnəbilərlə bağlı bəyanat

DÜNYA

08 Iyun 2022 | 21:45 | Müəllif: Subhan Mahmudov

Ukrayna ordusunda döyüşən əcnəbilərlə bağlı bəyanat

Ukrayna Silahlı Qüvvələrinin tərkibində hərbi əməliyyatlarda iştirak edən bütün xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər 1992-ci il tarixli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Ukrayna Qanununa uyğun olaraq müqavilə əsasında hərbi xidmətə könüllü qəbul ediliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilib.

Baş Qərargah xatırladıb ki, 1949-cu il Cenevrə Konvensiyası hərbi əsirlərə qarşı zorakılıq, hədə-qorxu və hər hansı qanunsuz hərəkətləri qadağan edir, əsirlikdə olan hərbi qulluqçulara humanist münasibət göstərməyi öhdəsinə götürür.

Beynəlxalq humanitar hüququn müvafiq tanınmış qaydalarına əməl edilməməsi Konvensiyanın ciddi şəkildə pozulmasıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026