Nyu-York meri Erik Adamsın koronavirus testi müsbət çıxıb və özünü təcrid edib.
Bakəvaxtı.az xəbər verir ki, bu barədə merin mətbuat katibi Fabien Levinin yaydığı bəyanatda deyilir.
"Bu gün mer boğuq səslə oyandı və ehtiyat tədbiri olaraq PCR testindən keçdi, müsbət çıxdı. İndi merdə başqa simptomlar yoxdur, o, artıq təcrid olunur və bir həftə ərzində ictimai tədbirləri ləğv etdi", - Levi deyib.
O əlavə edib ki, Adams virus əleyhinə dərmanlar qəbul edir və uzaqdan işləməyə davam edəcək./publika.az/
















