• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Odessada yaşayış binası qəsdən vuruldu - Kostin

DÜNYA

02 Mart 2024 | 19:21 | Müəllif: Subhan Mahmudov

Odessada yaşayış binası qəsdən vuruldu - Kostin

Rusiya hərbçiləri Odessada yaşayış binasını qəsdən vurublar. Yaxınlıqda heç bir hərbi obyekt yox idi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın Baş prokuroru Andrey Kostin deyib.

"Bu, sadəcə atəş deyil, bu, terrora və ukraynalıları məhv etməyə yönəlmiş siyasətdir. Bu, yaşayış binasına hücumdur. Bu ev heç bir hərbi obyektin və ya ikili təyinatlı obyektin yanında yerləşmir. Bu ev əhalinin sıx məskunlaşdığı ərazidir”, - Kostin bildirib.

Qeyd edək ki, Rusiya ordusu Odessaya pilotsuz təyyarələrlə hücum edib. Nəticədə 4 sakin həlak olub, 7-si yaralanıb./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR