Türkiyənin Trabzon şəhərinin Of rayonunda meşəlik ərazidə yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, axşam saatlarında başlayan yanğın küləyin təsiri ilə qısa müddətdə böyüyüb.
Əraziyə cəlb olunan xilasedicilər və meşə təsərrüfatı müdirliyinin qrupları yanğına müdaxilə edib.
Yanğını yalnız səhər saatlarında söndürmək mümkün olub. Xəsarət alan olmayıb.
















