• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Papikyan Brüssel səfərini yarımçıq saxladı

DÜNYA

11 Aprel 2023 | 22:04 | Müəllif: Qalib İbrahimoğlu

Papikyan Brüssel səfərini yarımçıq saxladı

Ermənistanın müdafiə naziri Suren Papikyan Brüsselə işgüzar səfərini dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, artıq Ermənistana qayıdır. Buna səbəb Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasıdır.

Qeyd edək ki, Papikyan aprelin 10-da Belçikaya səfər edib. O, Brüsselə işgüzar səfəri çərçivəsində NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanlığında olub.

Xatırladaq ki, bu gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026