• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Oğlanlar niyə qız kimi böyüyür?

CƏMİYYƏT

04 Sentyabr 2023 | 10:03 | Müəllif: Qalib İbrahimoğlu

Oğlanlar niyə qız kimi böyüyür?

“Oğlan övladları ata tərbiyəsi görə bilmir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu tədqiqatçı-jurnalist Səbuhi Rəhimli oğlan uşaqlarının qızlara məxsus xarakterdə davranması barədə danışarkən deyib.

Onun sözlərinə görə, indi biri deyəndə ki, məktəb direktoru kişidir, hər kəs bir qəribə qarşılayır: “Çünki adətən direktorları qadın görmüşük, müəllimləri qadın görmüşük. Hətta hərbi və idman müəllimləri də qadın olub. İndi mənim qızım məktəbdən gələndə deyir oğlanlar xəbərçidir. Əvvəl bir şey olmamış qız uşaqları qorxub müəllimə şikayət edərdisə, indi əksinə olub".

Səbuhi Rəhimli:Əvvəl bir şey olanda qızlar qorxub müəllimə şikayət edərdisə, indi əksinə olub

S.Rəhimli əlavə edib ki, bu problem onu çox narahat edir: "Mən o vaxt görürdüm ki, kənddə bir problem olanda, sohbət düşəndə bir ağsaqqal gələn kimi, məsələ bağlanardı. Dədə-babalardan misallar gətirərdi, söhbət dayanardı. Buna o zaman son verdilər ki, dedilər "qoca kişisən, otur oturduğun yerdə". Uşaq gözünü açanda görsə ki, hamı bir-biri ilə mehriban davranır, bir ənənə formalaşmış olar. Amma uşaq gözünü açır görür ana atanı söyür, ata ananı sillələyir. Deyir ki, elə belə də olmalıdır".

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, belə məsələlərdə əsas problemin kökü qadındır. Onun sözlərinə görə, məcburi, yaxud sevgisiz evliliklərdə qadınla kişi arasında bağlar qırıldıqca, soyuduqca, qadın meylini daha çox uşağa salmış olur: “Əsasən də oğlan uşağına. Kişidən almaq istədiyi, amma ala bilmədiyi sevgi və dəyər, diqqət duyğularını oğlan uşağına daha çox yönəltməklə öz daxili boşluğunu doldurmuş olur”.

Samira Bağırova: Əgər bir ölkədə tərbiyə ilə ancaq qadın məşğul olursa və cəmiyyətdən hər kəs narazıdırsa, demək...

Psixoloq qeyd edib ki, bəziləri erkən yaşda ailə qurduğundan, özünü inkişafla məşğul ola bilmədiyindən qız övladlarına daha çox sərbəstlik yaradır.

Müsahibimiz xüsusilə vurğulayıb ki, əgər bir ölkədə tərbiyə ilə ancaq qadın məşğul olursa və cəmiyyətdən hər kəs narazıdırsa, demək, problem qadınlardadır. "Yanlış ər-arvad münasibətinə görə, qadın kişidən özünə görmək istədiyi duyğularını oğluna, hazırkı olmaq istədiyi vəziyyətini isə qızına köçürərək yanlış cəmiyyət formalaşdırmış olur”.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR