• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Oğluna tüfəngin qundağı ilə xəsarət yetirdi

HADİSƏ

03 Yanvar 2022 | 13:43 | Müəllif: Qalib İbrahimoğlu

Oğluna tüfəngin qundağı ilə xəsarət yetirdi

İmişli sakinindən ov tüfəngi götürülüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Xəbərə görə, İmişli Rayon Polis Şöbəsinə yanvarın 2-də şəhər ərazisində yaşayan Y.Rüstəmovun evində xuliqanlıq zəminində oğlunun qol nahiyəsinə ov tüfənginin qundağı ilə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Y.Rüstəmovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026