• Bakı 9° C

    0.35 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Oğuzda dağlıq ərazilərdəki yanğın söndürülüb - YENİLƏNİB

CƏMİYYƏT

25 Avqust 2022 | 10:23 | Müəllif: Subhan Mahmudov

Oğuzda dağlıq ərazilərdəki yanğın söndürülüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Oğuz rayonu ərazisində 2 saylı meşə dolayında avqustun 24-də baş verən yanğın genişlənməsinə imkan verilmədən dünən axşam saatlarında söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 0.3 hektar sahədə əsasən kol-kos və qurumuş ağaclar yanıb. Relyefin mürəkkəbliyinə, havanın yüksək temperaturuna baxmayaraq, həyata keçirilən operativ tədbirlər sayəsində sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.

***10:03

Oğuz rayonunda dağlıq ərazilərdə baş verən yanğın söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, yanğın avqustun 24-də rayonun Muxas və Baş Daşağıl kəndlərindəki yüksək dağlıq ərazilərdə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunub.

Gecə saatlarında yanğın söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026