Şəhərdaxili sərnişindaşıma sahəsində fəaliyyət göstərən “Xaliq Faiqoğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındaki rəqəmlər deyir.
Məlumata əsasən, “Xaliq Faiqoğlu” MMC-nin vergi borcu 210 989 manatdır. Bu vergi borcu 23.09.2022-ci il tarixinə olan məlumatdır.
Xatırladaq ki“Xaliq Faiqoğlu” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi, baş direktoru Faiq Seyidovdur.
Ramid İbrahimov
















