Oktyabrın 24-də Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindənbildirilib.
Məlumata görə, yerli vaxtla saat 07:38-də qeydə alınan zəlzələnin ocağı 61 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 4,2-yə bərabər olub.
















