• Bakı 26° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ruben Vardanyan Xocavəndə getdi

CƏMİYYƏT

23 Oktyabr 2022 | 20:01

Ruben Vardanyan Xocavəndə getdi

Rusiya vətəndaşlığından imtina edərək Xankəndi şəhərində peyda olmuş erməni milyarder Ruben Vardanyan bu gün Xocavənd şəhərinə gedib.

Bakıvaxtı.az musavat.com-a istinadən bildirir ki, o, sosial şəbəkə hesabında "administrasiya nümayəndələri və əhalisi ilə görüşün təsirli olduğunu" yazıb.

Ruben Vardanyan Xocavəndin Xankəndi şəhərindən uzaqda yerləşdiyini vurğulayıb: "Ona görə də təəssüf ki, yüksək rütbəli məmurlar burada tez-tez qonaq olmurlar. Məlum oldu ki, sakinlərə açıq və dürüst ünsiyyət lazımdır".

Sayıqlamalarını davam etdirərək bildirib ki, "Buradakı insanlar çox yaxşı bilirlər ki, öz evlərini onlardan başqa heç kim qoruya bilməz".

Qeyd edək ki, Qarabağdakı terrorçu rejimin başçısı Araik Arutyunyan Vardanyana "dövlət naziri" postunu təklif edib və oyunbaz iş adamı noyabrın 1-dən "vəzifə"sinin icrasına başlayacağını deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026