• Bakı 12° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Ölkəmizin su ehtiyatı təxminən 50 ilə 25 faiz azalacaq

CƏMİYYƏT

10 Oktyabr 2024 | 20:29

Ölkəmizin su ehtiyatı təxminən 50 ilə 25 faiz azalacaq

Növbəti illərdə Azərbaycanda su ehtiyatlarında azalmanın davam edəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.

Strategiyada bildirilib ki, Dünya Resursları İnstitutunun son tədqiqatına əsasən, Azərbaycan 2050-ci ilə qədər su ehtiyatlarının azalması ilə üzləşəcək 164 ölkə arasından 59-cu yerdə qərarlaşıb və orta-yüksək (20−40 % su stresi) risk kateqoriyalı ölkə kimi təsnif edilib.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına təqdim etdiyi Milli Hesabatına əsasən, Azərbaycanın su ehtiyatlarının həcmi (transsərhəd su ehtiyatları ilə birlikdə) qlobal temperaturun artma səviyyəsindən asılı olaraq 2040-cı ilə 5−10 % və 2070-ci ilə 10−15 %, digər ssenari üzrə isə 2040-cı ilə 10−15 % və 2070-ci ildə 15−25 % azalacağı proqnozlaşdırılır.


SON XƏBƏRLƏR

11 Noyabr 2024