• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Ölü hüceyrəni canlandıran ixtira: Bir saat sonra...

CƏMİYYƏT

05 Avqust 2022 | 17:02

Ölü hüceyrəni canlandıran ixtira: Bir saat sonra...

Təcrübəli elmi jurnalda nəşr olunan tədqiqat, heyvanlar öldükdən bir saat sonra qan dövranını və digər hüceyrə funksiyalarını bərpa edə bilib.

Bakıvaxtı.az xəbər verir ki, bu uğur “OrganEx” adlı yeni sistem sayəsində mümkün olub. Belə ki, nasos, filtr və axan maye sistemi olan bu cihaza donuzlar qoşulub. Ürək dayandıqdan sonra sistem hüceyrələri və müəyyən orqanları qoruyub və oksigenin ölmüş heyvanın bütün bədənində təkrar dövr etməsinə imkan verib. Bu yolla orqanlar canlı saxlanılıb.

"OrganEx" sistemi ölmüş donuzların damarlarına qanla qarışmış perfusat adlı maye vurub. Heyvanlar "OrganEx"ə qoşulduqdan 6 saat sonra belə, ürək, qaraciyər və böyrəklər də daxil olmaqla bir çox bölgədə müəyyən vacib hüceyrə funksiyaları aktiv olaraq qalıb. Bu qabaqcıl texnologiyanın gələcək inkişafı insan orqanlarının daha uzun müddət saxlanılmasına imkan verə bilər və orqan transplantasiyasını gözləyən bir çox insan bu prosedurdan faydalana bilər.

Araşdırma qrupunun rəhbəri Dr. Nenad Sestan deyib ki, bu hüceyrələr artıq işləməməli olduqları saatlarda da işləyirlər.

Tədqiqat hələ ilkin mərhələdədir. Yəni, orqan nəqlində istifadə oluna bilməsi üçün sistemin daha da inkişaf etdirilməsi lazımdır.

Aytac Aslan


SON XƏBƏRLƏR